Şəhla Vəliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
“Nabran Holiday Village” istirahət mərkəzində baş vermiş faciə nəticəsində ayağını itirmiş balaca İmrana göstərdiyiniz diqqət və qayğı hər birimizin qəlbini qürur hissi ilə doldurdu. Balaca İmranın timsalında xalqımıza, ölkəmizin vətəndaşlarına verdiyiniz dəyərə, göstərdiyiniz qayğıya görə şəxsən öz adımdan, çalışdığım kollektivin və ailəm adından Sizə dərin ehtiram və minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, Sizin bu xeyirxah addımınız Azərbaycan gəncliyinə bir örnək və nümunədir. Mən çox şadam ki, belə gözəl ölkədə yaşayıram və xalqımızın Sizin kimi humanist Prezidenti vardır. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcəkdir. Biz Sizə inanırıq və daim Sizi dəstəkləyirik.
Hörmətlə,
Vəliyeva Şəhla.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.