Yaşar Əliyev və Oruc Əbdürrəhmanovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
“Nabran Holiday Village” istirahət mərkəzində baş vermiş faciə nəticəsində ciddi bədən xəsarətləri almış azyaşlı İmran Cəfərzadənin sağlamlığının bərpa edilməsi istiqamətində atdığınız addımı və göstərdiyiniz təcili köməyi bütün xalqımız kimi biz də böyük rəğbət hissi ilə qarşıladıq. Sizin göstərişinizə əsasən müalicəsini Almaniyanın ən yaxşı klinikalarından birində davam etdirən İmranın vəziyyətinin getdikcə yaxşılaşması xəbəri bizi ürəkdən sevindirdi.
Hörmətli cənab Prezident, İmran Cəfərzadənin müayinə və müalicəsini, eləcə də hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını öz nəzarətinizə götürdüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Həmçinin inanırıq ki, baş vermiş hadisədə günahı olanlar tezliklə öz cəzalarını alacaqlar.
Hörmətlə,
Yaşar Əliyev
Oruc Əbdürrəhmanov.
Azərbaycan Respublikası, Bakı şəhəri.