İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi və Taxtakörpü anbarının su ilə doldurulmağa başlanması mərasimində iştirak etmişdir

19 iyul 2013, 17:35
İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi və Taxtakörpü anbarının su ilə doldurulmağa başlanması mərasimində iştirak etmişdir

Şabrana səfəri çərçivəsində Prezident İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi və Taxtakörpü anbarının su ilə doldurulmağa başlanması mərasimində iştirak etmişdir.

Layihənin sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və layihəni həyata keçirən Avropa-Asiya İnşaat Korporasiyası “Yevraskon” ASC-nin Direktorlar Şurasının sədri Əfəndi İsmiyev dövlətimizin başçısına Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasının gedişi barədə məlumat verdilər.

Bildirildi ki, uzunluğu 34 kilometrdən çox olan Vəlvələçay-Taxtakörpü kanalı vasitəsilə su Samur-Abşeron kanalının 50-ci kilometrindən götürülərək öz axını ilə Taxtakörpü anbarına veriləcəkdir. Bu məqsədlə 27 kilometrdən çox uzunluqda beton üzlüklü açıq kanal, onun üzərində baş qurğu, 2 min 547 metrlik 3 polad və 577 metrlik 2 dəmir-beton düker, 3 min 572 metr uzunluğunda tunel, 14 körpü, 28 selötürücü və bir sutullayıcı qurğu tikilmişdir. Kanalın İslam İnkişaf Bankının vəsaiti hesabına maliyyələşdirilən 10,7 kilometr uzunluğunda birinci hissəsinin inşası 2011-ci ildə başa çatdırılmış və Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Kanalın Dövlət Neft Fondunun vəsaiti hesabına inşa edilən 23,54 kilometr uzunluğunda ikinci hissəsinin və onun sutullayıcı qurğusunun tikintisi də artıq başa çatdırılmışdır. Bu da Samur çayından götürülən suyun Taxtakörpü anbarında toplanmasına imkan verir.

Bildirildi ki, Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin yekunlaşdırılması Şabran rayonunda 9 min 250 hektar və Quba rayonunda 918 hektar mövcud suvarılan torpaqların suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına, həmçinin Şabran rayonunda 8 min 866 hektar yeni suvarılacaq sahələrin istifadəyə verilməsi hesabına suvarılan torpaq sahələrinin artırılmasına imkan yaradır. Dövlətimizin başçısının iştirakı ilə 2007-ci ilin payızında təməli qoyulan Taxtakörpü su anbarının gölünün sahəsi 8,7 kvadratkilometr, ümumi su tutumu 268,4 milyon kubmetr və faydalı həcmi 238,4 milyon kubmetrdir.

Bənddə qapısız sutullayıcı və suqəbuledici qurğular, enerji tuneli, su elektrik stansiyasının binası və ümumi gücü 25 meqavat təşkil edəcək 3 turbinin quraşdırılması nəzərdə tutulmuşdur.

Qeyd edildi ki, indiyə qədər su anbarı bəndinin gövdəsində tələb olunan 23,48 milyon kubmetr torpaq işlərindən 23,26 milyon kubmetri yerinə yetirilmiş və onun üzərindəki qurğularda, eləcə də Su Elektrik Stansiyasında son tamamlama işləri həyata keçirilir. Su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi 2013-cü ilin sentyabr ayında başa çatdırılacaqdır.
Dövlətimizin başçısına Taxtakörpü-Ceyranbatan kanalının tikintisinin gedişi barədə də məlumat verildi. Diqqətə çatdırıldı ki, bu hidrotexniki qurğunun inşasında məqsəd Samur-Abşeron kanalı üzərində nasos stansiyalarını ləğv etməklə saniyədə 40 kubmetr suyu öz axını ilə Ceyranbatan su anbarına çatdırmaqdır. Kanalda 9 düker, 2 akveduk, 1 tunel, 50 körpü, 231 selötürücü, 1 sutullayıcı qurğu inşa ediləcəkdir. Həmin hidrotexniki qurğunun da tikintisinin 2013-cü ilin sentyabrında başa çatdırılması nəzərdə tutulmuşdur.

Vurğulandı ki, ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının suya olan tələbatını yaxşılaşdırmaqla saniyədə 18 kubmetr su veriləcək, eləcə də respublikanın şimal zonasında ekoloji tarazlıq təmin olunacaqdır. Bundan başqa, bu mükəmməl layihə ölkənin şimal bölgəsi rayonlarında 150 min hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılmasına və 30 min hektara qədər yeni suvarılacaq sahələrin əkin dövriyyəsinə verilməsinə imkan yaradacaqdır.

Prezident İlham Əliyev düyməni basdı. Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü anbarına suyun verilməsinə başlandı.

Dövlətimizin başçısı onlayn rejimdə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü anbarına suyun verilməsini və Taxtakörpü anbarının bəndində son tamamlama işlərinin gedişini izlədi.

Prezident İlham Əliyev bu nəhəng layihənin icrasının uğurla tamamlanması üçün tapşırıq və tövsiyələrini verdi.

SƏNƏDLƏR Fərmanlar 12 mart 2025
12:49
Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973...

12 mart 2025, 12:49
SƏNƏDLƏR Sərəncamlar 12 mart 2025
12:46
“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

12 mart 2025, 12:46
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:18
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...

11 mart 2025, 16:18
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:16
“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...

11 mart 2025, 16:16
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:14
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr...

11 mart 2025, 16:14
SƏNƏDLƏR Qanunlar 11 mart 2025
16:12
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti...

11 mart 2025, 16:12