“Yeni Azərbaycan” qəzetinin əməkdaşlarına “Əməkdar Jurnalist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 aprel 2013, 18:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə “Yeni Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar Jurnalist” fəxri adı verilsin:

Bayramov Nardar Məmməd oğlu
İsmayılov Nadir Nəbi oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2013-cü il.