12 aprel 2013, 13:40
Ş.R.Əbilovdan, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident!
Böyük Britaniyanın nüfuzlu « The Business Year » jurnalının Sizi dünyada « İlin adamı » elan etməsi bizi çox sevindirdi. Son beş ildə Azərbaycanın dinamik inkişafına, ölkəmizin ilk «Azərspace-1» telekommunikasiya peykinin orbitə buraxılmasına, respublikamızın mühüm beynəlxalq siyasi, iqtisadi, humanitar konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinizin nəticəsidir.
Möhtərəm Prezident, biz Masallı camaatı Sizin daxili və xarici siyasətinizi daim dəstəkləyirik və həmişə Sizinləyik. Sizə gələcək fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı arzulayırıq.
Dərin hörmətlə,
Ş.R.Əbilov,
Prezident təqaüdçüsü.
Azərbaycan Respublikası, Masallı rayonu, Mahmudavar kəndi.