12 aprel 2013, 12:10

Qardaş Fətullayevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı tərəfindən dünyada “İlin adamı” seçilməyiniz bütün Azərbaycan xalqı kimi Masallı rayon ziyalılarının da sevincinə səbəb olmuşdur. Sizin bu mükafata layiq görülməyiniz rəhbərliyiniz altında ölkəmizin iqtisadi, siyasi, təhlükəsizlik, biznes, sərmayə qoyuluşu, xarici əlaqələr və digər sahələrdə qazandığı böyük uğurların nəticəsidir.

Bu münasibətlə Sizi təbrik edir, Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik, daim sağlam döyünən ürək arzulayıram.

Ziyalılar Cəmiyyəti adından dərin hörmətlə,

Qardaş Fətullayev.

Azərbaycan Respublikası, Masallı rayonu.