11 aprel 2013, 14:00

Adil Cəbrayılovdan, Xudat, Azərbaycan

Hörmətli cənab Prezident!

Xaçmaz rayonunun Xudat şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamınız şəhər sahibkarlarının da böyük sevincinə səbəb olmuşdur. Sizin apardığınız uğurlu siyasət nəticəsində Azərbaycanın bütün bölgələrində böyük abadlıq-quruculuq işləri gedir, Azərbaycan gündən-günə çiçəklənir, inkişaf edir.

Siz, həmişə Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət yetirirsiniz, sahibkarlara əlverişli şərait yaradırsınız. Ona görə də biz - Xudat şəhərinin sahibkarları, bizim üçün yaradılmış şəraitə görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayır və əmin edirik ki, qarşıdan gələn prezident seçkilərində Sizi dəstəkləyəcəyik.

Hörmətlə,

Adil Cəbrayılov.

Azərbaycan Respublikası, Xudat şəhəri.