Həsənağa Əhmədovdan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizi rayonumuzun ictimaiyyəti adından Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı tərəfindən “İlin adamı” seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Siz bu mükafata son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, “Azərspace” ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyiniz önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirdiyi mərkəzə çevrilməsində xidmətlərinizə görə layiq görülmüsünüz.
Sizin tapşırığınızla ölkəmizin bütün regionlarında olduğu kimi, rayonumuzda da tikinti-quruculuq və abadlıq işləri sürətlə gedir. Rayonumuzda aparılan tikinti-quruculuq və abadlıq işlərinə göstərdiyiniz diqqət və qayğı rayon sakinləri tərəfindən yüksək əhval-ruhiyyə və hədsiz sevinclə qarşılanmışdır. Bu yüksək diqqət və qayğıya görə, Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.
Zati-aliləri, Sizi bir daha “İlin adamı” elan olunmağınız münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Rayon ictimaiyyəti adından dərin hörmət və ehtiramla,
Əhmədov Həsənağa Əhməd oğlu,
Əməkdar müəllim.
Azərbaycan Respublikası, Salyan rayonu.