“Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun açılışında İlham Əliyevin nitqi

08 aprel 2013, 10:30
“Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun açılışında İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Belə bir möhtəşəm tədbirdə iştirak etmək fürsətini yaratdığınıza görə minnətdarlığımı bildirirəm.

Bakıda Dünya İqtisadi Forumunun keçirilməsi ilə əlaqədar dəvətimizi qəbul etdiyinə görə professor Şvaba və bu Forumda iştirak edən, eləcə də ölkəmizi dəstəkləyən bütün digər ölkələrə xüsusi təşəkkürümü bildirirəm.

Professor Şvabın qeyd etdiyi kimi, mən artıq 7 dəfə bu Forumda iştirak etmişəm. Deyə bilərəm ki, bu iştirak, müzakirələrə qatılmaq, dünyanın biznes elitası ilə ünsiyyət iqtisadiyyatımızı şaxələndirməkdə bizə çox yardım etdi. Çünki bizim iqtisadi inkişafımız enerji sektoru ilə başlayır və bu sektor hələ də xarici sərmayələr üçün cəlbedici sahə kimi qalır.

Hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Bunu etmək üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyi və təbii sərvətlərə malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir ölkə kimi təqdim etməliyik. Deyə bilərəm ki, Dünya İqtisadi Forumu, eləcə də Davosda keçirilən görüşlər sayəsində açılan imkanlar Azərbaycanı keçmişdə, ümumiyyətlə, tanımayan dünya şirkətləri ilə münasibətlərin qurulmasını mümkün edir. Ölkəmiz kifayət qədər gəncdir, müstəqilliyimizin 21 yaşı vardır. Lakin Azərbaycan böyük tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan ölkədir. Əminəm ki, sizin Azərbaycanı daha yaxşı tanımaq şansınız olacaqdır. Bununla belə, müstəqil ölkə kimi biz yalnız 21 ildir ki, yaşayırıq.

Professor Şvab qeyd etdi ki, Azərbaycana ilk səfərini hələ 1993-cü ilin mart ayında edib. Ola bilsin ki, həmin vaxtlar gənc, müstəqil ölkəmiz üçün ən ağır vaxtlar olub. Həmin vaxt müstəqilliyimizin yaşı 2 ildən də az idi və o vaxt fikrimcə,

Azərbaycanda olan vəziyyət bütün postsovet məkanında ən ağır vəziyyət idi. Daxili çaxnaşmalar, vətəndaş qarşıdurması var idi, Ermənistan ilə Azərbaycan arasında müharibə gedirdi və bu hadisələr beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizinin işğalı ilə nəticələndi.

Lakin 1993-cü il inkişaf baxımından dönüş nöqtəsi oldu. Çünki 1993-cü ilin ortalarından etibarən vəziyyət sabitləşməyə başladı. Biz olduqca ciddi, köklü siyasi və iqtisadi islahatları həyata keçirməyə başladıq və Azərbaycan özünü beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçid dövrü oldu. Deyə bilərəm ki, tarixi baxımdan 21 il əlbəttə ki, böyük zaman kəsiyi deyildir. Lakin, eyni zamanda, bu, real dəyişikliklər dövrü idi. İslahatların başlanğıc mərhələsində Azərbaycan öz enerji sektoruna böyük sərmayələri cəlb edə bildi. Biz Azərbaycana sərmayə yatırdıqlarına görə, xarici investorlara, böyük enerji şirkətlərinə minnətdarıq. Sonrakı mərhələdə biz iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəldə bildik və neft-qaz sahəsinə aid olmayan sektorlara sərmayələr cəlb etdik. Eyni zamanda, siyasi və iqtisadi islahatları davam etdirdik, hazırda bu proses gedir. Bu, gələcək illərdə Azərbaycanda sabit inkişaf üçün imkanlar yaradacaqdır.

Bizim çox əlverişli coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bu mövqenin böyük əhəmiyyəti yoxdur. Təbii sərvətlərimiz vardır, karbohidrogenlərimizin nəql edilməsi üçün şaxələndirilmiş şəbəkə yaratmışıq. Çünki Azərbaycanın açıq dənizə çıxışı yoxdur. Buna görə də neft və qazımızı nəql etmək üçün boru kəmərlərini çəkməli idik. Bu, 1990-cı illərin sonunda və bu əsrin əvvəlində qarşımızda duran ən böyük vəzifələrdən biri idi. Bu vəzifə uğurla icra edildi. Hazırda bizim şaxələndirilmiş boru kəmərləri şəbəkəmiz vardır. Azərbaycanın neft və qazını beynəlxalq bazarlara və Avropa bazarlarına çıxaran 7 neft-qaz boru kəməri mövcuddur. Eyni zamanda, Azərbaycan karbohidrogenlərin nəqlində Xəzər dənizinin digər sahilində yerləşən tərəfdaşlarımız üçün tranzit rolunu oynamağa başlamışdır.

Lakin son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır.

Biz də əslində nailiyyətlərimizi Dünya İqtisadi Forumunun verdiyi qiymətdə görməkdən çox şadıq. Çünki Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 46-cı yerdə qərarlaşdırmışdır və bu sahədə ölkəmiz ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında birinci yerdədir. Hətta iqtisadi və maliyyə böhranı zamanı iqtisadiyyatımız artmaqda davam etmişdir. Neftin qiymətləri kəskin surətdə aşağı düşdüyü zaman iqtisadiyyatımız yenə də inkişafını davam etdirmişdir. Çünki qeyri-enerji sektorumuz yaxşı nəticələr verməyə başladı. “Fitch”, “Standard & Poor’s”, “Moody’s” kimi əsas kredit reytinqi təşkilatları Azərbaycanın kredit reytinqini bu yaxınlarda yaxşılaşdırmışdır. Bu da islahatların yaxşı göstəricisidir.

Hazırda biz neft gəlirlərini insan kapitalına çeviririk və əsas gələcək məqsədlərimizdən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Təhsil sahəsinə sərmayələr, universitetlərimiz ilə dünyanın aparıcı universitetləri arasında əlaqələr iqtisadi gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır. Eyni zamanda, biz hazırda yeni texnologiyalara sərmayə yatırırıq. İndi informasiya-kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda prioritetlərdən birinə çevrilir. Azərbaycan artıq kosmos sənayesinə malik olan məhdud sayda ölkələr klubunun üzvünə çevrilmişdir. Bu ilin fevral ayında ilk peykimiz - “Azərspace-1” uğurla buraxıldı və bu, kosmik sənayenin inkişafının yalnız başlanğıcıdır.

Bir sözlə, müstəqillik illəri nəinki siyasi və iqtisadi sistemin dəyişilməsi illəri oldu, bu dövrdə gələcək illərdə gəlir gətirəcək sərmayələr yatırıldı.

İslahatlarımızın əvvəlində müsbət sərmayə mühitinin yaradılması prioritetlərimizdən biri olmuşdur. Son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə ki, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir.

Bu gün müzakirə olunan mövzulardan biri, əlbəttə ki, regional əməkdaşlıq və inteqrasiya olacaqdır. Səsvermənin nəticələrini görməkdən çox şad oldum. Yeri gəlmişkən, elə bunu belə də gözləyirdim. Çünki Azərbaycan regional əməkdaşlıqda öz rolunu oynayır. 1990-cı illərin ortalarında başladığımız layihələr nəinki Azərbaycanın iqtisadi inkişafına, o cümlədən geniş regional əməkdaşlığa yönəlmişdir. Biz Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olduq. Biz Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkəyik. Neft və qaz dəhlizləri sonra ümumi geosiyasi və enerji dəhlizi rolunu oynamağa başladı. Hazırda biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsini yekunlaşdırmaq üzrəyik və bu, dostumuz cənab Starın qeyd etdiyi kimi, sırf regional layihə olmayacaqdır. Bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayacaq layihə olacaqdır. Böyük fərəh hissi ilə qeyd edirəm ki, biz bu layihənin həyata keçirilməsində nəinki maliyyə resurslarımızla, o cümlədən öhdəliklərimiz və siyasi iradəmizlə əsas rollardan birini oynayırıq. Əlbəttə ki, hökumətimizə gəldikdə, enerji amili artıq əsas prioritet deyildir. Lakin enerji potensialımız regionun, xüsusən də Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynayır və oynayacaqdır.

İki il öncə biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu, hazırda həyata keçirilir. Son dövrün ən mühüm nailiyyətlərindən biri TANAP- Trans-Anadolu boru kəməri layihəsi oldu. İdeya Azərbaycan tərəfindən verilmiş, Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızın güclü dəstəyini almışdır. Azərbaycan bu layihənin həyata keçirilməsi üçün əsas maliyyə öhdəliyini öz üzərinə götürmüşdür və ən azı 100 il xidmət edəcək boru kəmərinin çəkilişinə başlamışdır. Çünki Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə alsaq, bu dəhliz gələn on illiklər ərzində mühüm rol oynaya bilər. Əlbəttə ki, regional əməkdaşlıq yalnız siyasi baxımdan sabit və inkişaf edən ölkələrlə baş tuta bilər.

Biz nəqliyyat marşrutları, əməkdaşlıq və inteqrasiya haqqında danışacağıq. Bu isə yalnız prosesə cəlb olunan bütün ölkələrin eyni münasibəti olduqda mümkündür. Şadam ki, Xəzər regionu, Mərkəzi Asiya və bu regionda Azərbaycan, biz gələcəyimizi sıx münasibətlərdə və əməkdaşlıqda, xalqlarımız üçün daha yaxşı həyatı, ölkələrimiz üçün daha yaxşı gələcəyi təmin etmək məqsədilə səylərimizin inteqrasiyasında və birləşdirilməsində görürük.

Hörmətli dostlar! Bir daha sizi ölkəmizdə salamlamaq istəyirəm. Professor Şvaba və onun heyətinə bu Forumu Bakıda keçirdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu tədbirin nəticələrinin gündəlik həyatımıza çox ciddi təsiri olacaqdır. Region isə daha sabit, proqnozlaşdırılan və çiçəklənən olacaqdır. Çox sağ olun.

SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:20
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...

27 dekabr 2024, 13:20
SƏNƏDLƏR Qanunlar 27 dekabr 2024
13:18
“Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının...

27 dekabr 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:16
“İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli...

27 dekabr 2024, 13:16
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:12
“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət Sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli...

27 dekabr 2024, 13:12
SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
13:08
“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında”...

27 dekabr 2024, 13:08
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:06
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli...

27 dekabr 2024, 13:06