09 aprel 2013, 16:20

Əlirza Abasət oğlundan, Culfa, Azərbaycan

Hörmətli cənab Prezident!

Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı tərəfindən dünyada “İlin adamı” seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə uzun ömür, daim sağlam döyünən ürək arzulayıram. Sizin fəaliyyətinizə verilən yüksək qiymət ölkəmizin sürətli inkişafının, onun beynəlxalq nüfuzunun yüksəlməsinin bariz nümunəsidir. Siz xalqın dəstəyinə arxalanmaqla yanaşı, həmişə onun rifahının yaxşılaşmasına çalışmısınız. Sizin ölkəmizdə apardığınız ardıcıl sosial siyasət nəticəsində vətəndaşların yaşayış səviyyəsi daha da yaxşılaşır, maaşlar, pensiyalar mütəmadi olaraq artır, sosial məsələlər uğurla həll edilir.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirir və xeyirxah işlərinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Əlirza Abasət oğlu, təqaüdçü.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Camaldin kəndi.