09 aprel 2013, 16:40

Məmmədhüseyn Həsənovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin Böyük Britaniyanın “The Business Year” jurnalı tərəfindən “İlin adamı” seçilməyiniz ölkəmizdə keçirilən uğurlu siyasətin nəticəsidir. Sizin rəhbərliyinizlə ölkəmizin ümumi inkişafında, həyatımızın bütün sahələrində görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul edilmiş və icra olunmuşdur. Qayəsində insan amili dayanan fərman və sərəncamlarınız xalqımızın yaşayış səviyyəsinin gündən-günə yüksəlməsinə xidmət edirlər. Sizin beynəlxalq mükafata layiq görülməyinizi Azərbaycanın uğurlu inkişafının göstəricisi hesab edir, bundan iftixar hissi keçirir və Sizi Masallı ictimaiyyəti adından təbrik edirəm.

Dərin hörmətlə,

Həsənov Məmmədhüseyn,
Rayon Rabitə Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Masallı rayonu.