09 aprel 2013, 15:35

Yavər Yusubov və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Böyük Britaniya jurnalı tərəfindən dünyada «İlin adamı» seçilməyiniz və mükafata layiq görülməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayırıq. Əminik ki, ölkəmizin beynəlxalq aləmdə qüdrətinin artması, Sizin nüfuzunuzun daha da yüksəlməsi sayəsində ədalət zəfər çalacaq, torpaqlarımız tezliklə işğaldan azad ediləcəkdir.

Vətən, xalq naminə şərəfli, möhtəşəm fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Yavər Yusubov,

Eynulla Eynullayev.

Azərbaycan Respublikası, Masallı rayonu.