09 aprel 2013, 16:10

Tahir Kərimlidən, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Sizi nüfuzlu «The Business Year» jurnalı tərəfindən «İlin adamı» seçilməyiniz münasibətilə öz adımdan və partiyamızın adından səmimi qəlbdən təbrik edirəm. Həqiqətən də Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında dinamik şəkildə inkişaf etmiş, ÜDM-in həcmi 70 milyard dollara çatmışdır. Digər sahələrdə də ciddi uğurlar qazanılmışdır. İnanırıq ki, bundan sonra da Sizin rəhbərliyinizlə dövlətimiz inkişaf edəcək, problemlərimizin həlli istiqamətində böyük irəliləyişlər baş verəcəkdir.

Dərin hörmətlə,

Kərimli Tahir Zayidaqa,

Vəhdət partiyasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.