08 aprel 2013, 15:10

Atabala Hacıyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının Sizi dünyada “İlin adamı” seçməsi bizi çox sevindirdi. Siz ölkə əhalisinin yaxşı yaşaması üçün çox işlər görmüsünüz və hal-hazırda da görürsünüz.

Sizin bu fəaliyyətinizin sorağı indi dünyanın müxtəlif ölkələrindən gəlir. Azərbaycanın təcrübəsi diqqətlə öyrənilir və bu, dövlətimizə və onun başçısına böyük nüfuz qazandırır.

Möhtərəm Prezident, Sizi “İlin adamı” seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Allahdan Sizə möhkəm cansağlığı, gərgin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Atabala Hacıyev,

Müharibə, Əmək və Silahlı Qüvvələr

Veteranları Şurasının sədri.

Azərbaycan Respublikası, Masallı rayonu.