08 aprel 2013, 14:00

Vaqif Məmişovdan, Sankt-Peterburq, Rusiya

Hörmətli cənab Prezident!

İcazə verin, Britaniyanın nüfuzlu jurnalının Sizi dünyada “İlin admı” elan etməsi ilə bağlı Rusiya Federasiyasında, Sankt-Peterburqda yaşayan bütün azərbaycanlılar adından Zati-alinizi səmimi qəlbdən təbrik edim. Siz son illərdə Azərbaycanın dinamik inkişafının təmin olunmasına əhəmiyyətli töhfə vermisiniz. Ölkənin dünyanın geosiyasi məkanında fəal roluna, BMT-nin Təhlükəsizlik Şurasının üzvü qismində qlobal məkanda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfəyə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi humanitar forumların, konfrans və idman yarışlarının keçirilməsi mərkəzinə çevrilməsinə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu mükafat Azərbaycanda Sizin rəhbərliyiniz altında aparılan uğurlu daxili və xarici siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin nümunəsidir.

Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Sizə uzun ömür və cansağlığı diləyirəm. Qoy, Tanrı ailəniz və Azərbaycan xalqı naminə Sizi hifz etsin!

Cənab Prezident, biz Sizinlə qürur duyur və Sizin üçün dua edirik. Sankt-Peterburqda yaşayan azərbaycanlılar öz Prezidentini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəklər.

Dərin hörmətlə,

Vaqif Məmişov, “Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyatı” şəhər ictimai təşkilatının sədri

Rusiya Federasiuası, Sankt-Peterburq şəhəri.