05 aprel 2013, 14:55

Mirzə Hacızadədən, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Sizi Britaniyanın nüfuzlu “The Business Year” jurnalı tərəfindən “İlin adamı” elan edilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə təqdim olunan bu mükafat Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətin dünya birliyi tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Sizi bir daha bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edir, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Hacızadə Mirzə Füzuli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.