Tərlan Rəsulovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Ölkəmizə rəhbərlik etdiyiniz ilk günlərdən Sizin Azərbaycanın mədəniyyətinə və incəsənətinə olan qayğınızı hiss etmişik. 2013-cü il martın 1-də Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi və Azərbaycanda peşəkar milli teatrının yaradılmasının 140 illiyi haqqında imzaladığınız sərəncamlar bütün teatr ictimaiyyəti tərəfindən sevinclə qarşılanmışdır. Bu, bir daha Sizin milli mədəniyyətin, xüsusilə milli teatr ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə ayırdığınız diqqətin bariz nümunəsidir.
Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi də bu qərara çox sevinmişdir. Sizi əmin edirik ki, mədəniyyət işçilərinə göstərdiyiniz etimadı doğruldacaq və teatr sənətinin inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik.
Yuğ Dövlət Teatrının kollektivi adından Sizə bir daha təşəkkür edir, cansağlığı və uzun ömür arzulayıram.
Dərin hörmətlə,
Rəsulov Tərlan, direktor.
Azərbaycan Respublikası, Bakı şəhəri.