13 fevral 2013, 16:10

N.Kərimovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə olmuşdur. Bu tarixi hadisə münasibətilə bütün abşeronlular, xüsusilə poçt filialının kollektivi adından Sizi ürəkdən təbrik edirəm. Bu, bir daha göstərdi ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti sürətlə və hərtərəfli inkişaf etməkdədir. Bu inkişafı təmin edən isə Sizin böyük əzminiz və iradənizdir. Azərbaycan rabitəsinin gələcək inkişafı naminə möhtəşəm fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayırıq. Ulu Tanrı bütün işlərinizdə Sizə kömək olsun!

Hörmətlə,

N.Kərimov.
Azərbaycan Respublikası, Abşeron rayonu.