13 fevral 2013, 15:55

Əjdər Rəhimov və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında Azərbaycan gündən-günə müasirləşir, müasir rabitə vasitələrinin geniş tətbiq olunduğu ölkəyə çevrilir.

Bu günlərdə Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peykinin orbitə çıxarılması bütün Azərbaycan xalqı kimi biz rabitəçiləri də sevindirdi. Çünki müasir rabitə vasitələri ölkənin inkişafı üçün vacib şərtlərdəndir. Bu böyük qələbə münasibəti ilə Sizi və xalqımızı ürəkdən təbrik edir və ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Ziyalılar Cəmiyyəti adından və rayon poçtamtının kollektivi adından dərin hörmətlə,
Qulam Sadıqov, Əjdər Rəhimov.

Azərbaycan Respublikası, Salyan rayonu.