13 fevral 2013, 14:40

Afaq Xəlilova və başqalarından, Göyçay, Azərbaycan

Möhtərəm Prezident,

Bu günlərdə, yəni 2013-cü il fevralın 7-dən 8-nə keçən gecə bütün xalqımız kimi biz də Azərbaycanın ilk süni peykinin orbitə buraxılması mərasimini televiziya ekranlarından böyük həyəcanla izlədik. Sizin bu tədbirdə iştirakınız bu hadisəyə nə qədər böyük əhəmiyyət verdiyinizi bir daha göstərdi. Sizin üzünüzdəki qürur və sevinc hissləri bizim qəlbimizdə eyni hissləri oyatdı. Çünki həmin gün Azərbaycan tarixinə şərəfli bir səhifə kimi yazıldı. Bu peykin buraxılması Azərbaycanın daha yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiq etdi və onun qarşısında daha böyük imkanlar açdı. Bu qələbə Sizin xidmətiniz, Sizin əməyinizdir. Buna görə Sizə çox sağ olun deyir, Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Dərin hörmətlə,

Afaq Xəlilova
Faiq İsgəndərov
Rafiq Qurbanov
Firudin Əliyev
İlham Quliyev.

Azərbaycan Respublikası, Göyçay rayonu.