13 fevral 2013, 14:35
Tapdıq Bağırov və başqalarından, Sabirabad, Azərbaycan
Çox hörmətli Prezident!
2013-cü il fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan ilk telekommunikasiya peykini orbitə çıxarmaqla kosmik dövlətlər ailəsinə daxil oldu. Bu, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasının bariz nümunəsi idi. Azərbaycan peykinin orbitə çıxarılmasını biz də böyük fəxarətlə izlədik və hədsiz qürur və sevinc hissi yaşadıq. Bu sevinci bizə bəxş etdiyinizə görə rayonumuzun sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Şiraslan Qasımov
Tapdıq Bağırov
Elman Bünyadov
Qəşəm Pənəhov.
Azərbaycan Respublikası, Sabirabad rayonu.