13 fevral 2013, 13:45

Eyyub İsgəndərovdan və Şəlalə Mustafayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz respublikamıza rəhbərlik etdiyiniz ilk gündən Azərbaycanı ən müasir ölkələr sırasına yüksəltmək uğrunda var gücünüzlə çalışırsınız. Hər bir ölkənin inkişafının müasir texnologiyalardan, o cümlədən rabitə və informasiya texnologiyalarının tətbiqindən asılı olduğu hamıya bəllidir. Bu fəaliyyətinizin nəticəsi olaraq nəhayət Azərbaycanın ilk süni peyki orbitə buraxıldı. Bu hadisə Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli inkişafı üçün əsas yaratdı. Biz inanırıq ki, Sizin səyləriniz nəticəsində Azərbaycan gələcəkdə digər peyklərini də orbitə çıxaracaqdır. Sizə bütün işlərinizdə uğurlar və xalqımızın firavan gələcəyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

144-145 nömrəli poçt şöbələrinin kollektivləri adından dərin hörmətlə,

Eyyub İsgəndərov və Şəlalə Mustafayeva.

Azərbaycan Respublikası, Bakı şəhəri.