T.Qurbanov və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin göstəriş və tapşırıqlarınıza əsasən Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı proqrama uyğun olaraq Binəqədi rayonu Biləcəri qəsəbəsində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. Yaşadığımız A.Zeynallı və M.Mikayılov küçələrində ötən ilin ikinci yarısından başlayaraq bütün yeraltı və yerüstü kommunikasiya xətləri dəyişdirilmiş, avtomobil yolları əsaslı təmir edilərək asfalt örtüyü döşənmişdir. Səkilər genişləndirilmiş, yolun kənarları yenidən qurulmuşdur. Hazırda küçəmiz işıqlı və geniş, gediş-gəliş üçün rahat və təhlükəsizdir.
Möhtərəm Prezident, vətəndaşlara yaradılmış rahatlığa, onlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.
A.Zeynallı və M.Mikayılov küçələrinin sakinləri adından dərin hörmətlə,
T.Qurbanov
Ə.Əkbərov və başqaları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi.