13 fevral 2013, 13:20
İ.Məmmədov və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Bakı şəhərinin ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yerli icra hakimiyyəti və aidiyyəti qurumlara verdiyiniz tapşırıq və göstərişlərə əsasən küçəmizin yol, kanalizasiya və digər kommunikasiya problemləri həll edilmişdir. Küçədə yeni kanalizasiya xətti çəkilmiş, yollar genişləndirilərək asfalt örtüyü döşənmişdir.
Çox hörmətli Prezident, yerli sakinlərə göstərdiyiniz qayğı və diqqətə, eləcə də qəsəbədə aparılan irimiqyaslı yenidənqurma işlərinə rəvac verdiyinizə görə Sizə uzun ömür və cansağlığı arzulayırıq.
M.Hüseynzadə küçəsinin sakinləri adından dərin hörmətlə,
İ.Məmmədov
İ.Əliyev
E.Bayramov və başqaları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsi.