13 fevral 2013, 12:50
İsrafil İsmayılovdan, Gəncə, Azərbaycan
Möhtərəm Prezident!
Müstəqil Azərbaycanın birinci peykinin orbitə çıxarılmasının yaratdığı hədsiz sevinc hissləri ilə Sizi Azərbaycan xalqının dəyərli Prezidentini, xalqımızı, dünya azərbaycanlılarını şəhər ictimaiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirəm. Bir çox ölkələr üçün əlçatmaz olan bu hədəfin qısa zamanda fəth edilməsi ölkəmizdə üçüncü minillikdə yeni inkişaf dövrünün başladığını göstərir. Bu tarixi hadisə münasibətilə Sizi bir daha təbrik edirik. Sizə xalqımızın xoşbəxt gələcəyi naminə şərəfli fəaliyyətinizdə daha böyük nailiyyətlər arzu edirik.
Hörmətlə,
İsmayılov İsrafil, sədr.
Azərbaycan Respublikası, Gəncə şəhəri.