13 fevral 2013, 12:40

Əkrəm Aslanov və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanımız Sizin gərgin əməyiniz, uğurlu daxili və xarici siyasətiniz sayəsində gündən-günə inkişaf edir və qüdrətlənir. İlk milli telekommunikasiya peykimizin “Azərspace”-1”in geostasionar orbitə çıxarılması ölkəmizin məhz iqtisadi cəhətdən qüvvətli dövlətə çevrilməsindən xəbər verir.

Bu hadisə bizi hədsiz dərəcədə sevindirdi. Xalqımızın rifahı naminə fəaliyyətinizdə Sizə daha böyük qələbələr arzulayırıq. Sizə Ulu tanrıdan möhkəm cansağlığı və uzun ömür diləyirik.

Hörmətlə,

Əkrəm Aslanov

Fəxrəddin Məmmədov

Xəlil Yusifli

Həsənbala Sadıqov

Sevda Qurbanəliyeva

Bayram Apoyev

Əjdər Əsgərov.


Azərbaycan Respublikası, Gəncə şəhəri.