13 fevral 2013, 12:35
Yusif Yusibovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
“Azərspace-1” telekommunikasiya peykinin geostasionar orbitə çıxarılması xalqımızın hər bir nümayəndəsi kimi GDU-nun çoxsaylı kollektivinin də hədsiz sevincinə səbəb oldu. Bu, uğurlu xarici siyasətinizin parlaq qələbəsidir. Kollektivimiz Sizin siyasətinizi daim dəstəkləyir və Sizə vətənimiz, xalqımız naminə fəaliyyətinizdə böyük qələbələr, uzun ömür, cansağlığı arzulayır.
Gəncə Dövlət Universitetinin kollektivi adından dərin hörmətlə,
Yusif Yusibov professor.
Azərbaycan Respublikası, Gəncə şəhəri.