Xəzər İsayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
2013-cü il fevralın 8-də Azərbaycanın ilk milli “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edirik. Bu hadisə ölkəmizin tarixinə çox əlamətdar bir gün kimi daxil olaraq dövlətimizin gələcək inkişafı yolunda mühüm rol oynayacaqdır. 2013-cü ili informasiya kommunikasiya ili elan etməyinizlə bu sahədə belə bir yüksək nailiyyətin əldə edilməsi Sizin rəhbərliyiniz altında dövlətimizin qarşıdakı müddətdə daha böyük uğurlara imza atacağına əminlik yaradır. Dövlət Gömrük Komitəsinin idman sağlamlıq mərkəzinin kollektivi və şəxsən öz adımdan bu böyük nailiyyətlə əlaqədar Sizi bir daha təbrik edir, bütün fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Xəzər İsayev,
DGK İSM-nin Baş direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.