12 fevral 2013, 16:25
Hidayət Bəşirovdan, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycanın ilk telekommunikasiya peykinin uğurla orbitə buraxılması münasibəti ilə Sizi rayonumuzun ağsaqqalları, müharibə veteranları adından ürəkdən təbrik edirəm. Dövlətimizin bundan sonrakı inkişafında mühüm rol oynayacaq bu tarixi hadisə sözün əsl mənasında hər birimizə böyük sevinc bəxş etdi. O tarixi anı televiziyadan həyəcansız izləmək olmurdu. Xalqımıza belə sevincli anlar yaşatdığınıza görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Hidayət Bəşirov,
Veteranlar Şurasının sədri.
Azərbaycan Respublikası, Lerik rayonu.