İlham Əliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Ölkədə həyata keçirdiyiniz inkişaf və tərəqqi siyasətinin növbəti uğuru olan - Azərbaycanın “Azerspace-1” süni peykinin orbitə buraxılması münasibəti ilə Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin çoxsaylı üzvləri adından ürəkdən təbrik edirəm.
Biz, Qarabağ döyüşlərinin iştirakçıları olan veteranlar Sizin rəhbərliyinizlə son illərdə ölkədə aparılan irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrindəki tərəqqi və inkişafı, beynəlxalq aləmdə əldə edilən uğurları diqqətlə izləyirik və Sizin həyata keçirdiyiniz işləri hamılıqla dəstəkləyirik.
Azərbaycanın ilk süni peykinin orbitə buraxılması ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir, onu dünyanın ən aparıcı və inkişaf etmiş ölkələri sırasına çıxarır. Bu, biz veteranları çox sevindirir və fərəhləndirir.
“Azerspace-1” süni peykinin orbitə buraxılması münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi, xalqımızın firavan gələcəyi naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Əliyev İlham Məhərrəm oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.