11 fevral 2013, 17:20

Laçın rayon gənclərinin müraciəti, Laçın Azərbaycan

Möhtərəm Prezident!

Ulu öndər Heydər Əliyev ideyalarına sadiq ölkə başçısı kimi 2003-cü ildən ötən dövr ərzində misilsiz xidmətləriniz sayəsində müasir Azərbaycanımızın dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəlməsi ölkə vətəndaşları kimi biz laçınlı gənclərdə də qürur və iftixar hissi yaratmışdır.

Hörmətli cənab Prezident, fəaliyyətə başladığınız ilk gündən “Gəncliyə qayğı - dövlətin gələcəyinə qayğıdır” prinsipini əldə rəhbər tutaraq bu istiqamətdə ardıcıl və düşünülmüş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində gənclərimizin nəinki ölkə daxilində, eləcə də beynəlxalq aləmdə bacarıq və qabiliyyətlərini uğurla nümayiş etdirmələrinə hərtərəfli şərait yaradılmışdır.

Minnətdarlıq hissi ilə qeyd edirik ki, Sizin əvəzolunmaz xidmətləriniz sayəsində respublikamızda yaradılmış ictimai-siyasi sabitliyin, sağlam, demokratik cəmiyyət quruculuğunun məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal rol oynayır, dövlət idarəçiliyində yaxından iştirak edirlər.

Çox hörmətli Prezident, ölkə gənclərinin hərtərəfli inkişafını daim diqqətdə saxlayaraq bu istiqamətdə Sərəncamınızla qəbul edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gəncləri narahat edən bütün məsələlərin öz əksini tapması, regionlarda müasir gənclər mərkəzlərinin, Olimpiya idman komplekslərinin yaradılması Sizin ölkə gənclərinə olan diqqət və qayğınızın təzahürüdür. Bu qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Eyni zamanda, mütəmadi olaraq respublikamızın müxtəlif sahələrində çalışan gənclərlə geniş görüşlər keçirtməyiniz, dövlət gənclər siyasəti haqqında mövqeyinizi bir daha açıqlayaraq gənclər tərəfindən səsləndirilən arzu, istək və təkliflərin reallaşması istiqamətində gördüyünüz əməli tədbirlər, verdiyiniz tapşırıqlar müasir Azərbaycan gənclərinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etməklə, hər birimizdə gələcəyə böyük inam və nikbinlik hissi yaratmışdır.

Məmnunluq hissi ilə qeyd edirik ki, 2012-ci “İdman ili”ndə Sizin hərtərəfli diqqət və qayğınızla əhatə olunmuş idmançılarımızın London Olimpiya Oyunlarında yüksək nəticələr əldə edərək, vətənə 10 medalla dönmələri və 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə qərar verilməsi bu sahədə yorulmaz fəaliyyətinizin nəticəsidir.

Rayon gənclərinin müraciəti.

Azərbaycan Respublikası, Laçın rayonu.