Ömər Ağayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Ölkədə həyata keçirdiyiniz məqsədyönlü siyasətin növbəti bəhrəsi olan Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in orbitə buraxılması münasibəti ilə Sizi Veteran Təşkilatları Şurasının üzvləri adından səmimi qəlbdən təbrik edir, və Sizə ən xoş arzularımızı çatdırırıq.
Bu xoş və fərəhli hadisə biz yaşlı nəslin nümayəndələrinin böyük sevincinə səbəb olmuşdur. Ölkəmizin son illərdə qüdrətlənməsi və inkişafında, o cümlədən informasiya texnologiyaları sahəsində qazanılan uğurlarda Sizin bir ölkə başçısı kimi böyük əməyiniz, diqqət və qayğınız vardır. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm Prezident, “Azerspace-1”in orbitə buraxılması münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanımızın inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Ömər Ağayev,
Veteran Təşkilatları Şurasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.