08 fevral 2013, 17:00
Teymur Əliyevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Gəncə şəhəri Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzinin bütün müəllim və şagird kollektivi adından Sizi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibəti ilə ürəkdən təbrik edirik. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir. Eyni zamanda, onu da qeyd edim ki, verdiyiniz tapşırığa əsasən bütün regionlarda olduğu kimi, Gəncə şəhərində də sürətli inkişaf gedir və geniş miqyasda abadlıq-quruculuq işləri aparılır. Bütün bunlara görə cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzu edirik.
Hörmətlə,
Əliyev Teymur Ayaz oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri, Kəpəz rayonu.