“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

18 yanvar 2013, 16:40

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında” 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış Protokol təsdiq edilsin.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2012-ci il.

SƏNƏDLƏR Fərmanlar 09 may 2025
10:56
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...

09 may 2025, 10:56