19 may 2025, 15:24

Əsgər anasından, İmişli, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan,

Mənim oğlum Cahandar 2024-cü ilin iyun ayından Daxili Qoşunların hərbi hissəsində həqiqi hərbi xidmətdədir. Cahandar mənim yeganə övladımdır. Mən onu ata qayğısı olmadan böyütmüşəm və tərbiyə etmişəm. Cahandarın xidmətinin ilk vaxtlarında mən bir ana olaraq həyəcan keçirirdim. Həm onun çətinliklə üzləşəcəyi, həm də hərbi xidmətin sərt intizam qaydaları məni çox narahat edirdi. Lakin komandirlərin əsgərlərə qayğısını və dövlətimiz tərəfindən hərbi hissədə yaradılan şəraiti gördükdən sonra bu narahatçılığım aradan qalxdı. Dünən uşaq kimi göndərdiyim övladım bu gün əsl məktəb keçib.

Cənab Prezident, bütün bunlar ilk növbədə Sizin sayənizdədir. Sizin uğurlu kadr seçiminiz, Ordu quruculuğuna diqqətiniz, Sərkərdəlik dühanız övladı xidmətdə olan biz anaların rahatlığını təmin edir.

Mən şəxsən öz adımdan və bütün əsgər anaları adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Məmmədova Maya Şirin qızı

Azərbaycan Respublikası, İmişli rayonu, Muradxanlı kəndi.