08 may 2025, 14:30

Arif Sevdimalıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin qətiyyətli mövqeyiniz, əzəmətli işləriniz, müdrik addımlarınız hər zaman bizi sevindirir, gələcəyə daha nikbin düşüncələr formalaşdırır. Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi Sizinlə fəxr edirik.

Qarabağ probleminin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Qələbənin əldə edilməsi Sizin siyasətinizin əvəzolunmaz uğurudur. Sizin nəticəyə hesablanmış dəqiq addımlarınız nailiyyətlərin əldə olunmasında açar rolunu oynayır.

Qarabağ müharibəsində fədakarlıq göstərən şəxslərin və şəhidlərin xidmətlərinin yüksək qiymətləndirilməsi, onlara və ailə üzvlərinə böyük diqqət ayrılması bizi hər zaman qürurlandırır.

Cənab Prezident, Sizə çox təşəkkür edirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Arif Sevdimalıyev

Azərbaycan Respublikası, Bakı şəhəri.