02 may 2025, 18:01

Təvəkkül Hüseynov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz məlum hadisələrlə bağlı vaxtilə Qərbi Azərbaycandan – tarixi dədə-baba torpaqlarımızdan, yurd-yuvalarımızdan ayrı düşərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışıq. Hazırda burada Sizin diqqət və qayğınız altında özümüzə gün- güzəran yaradıb, əkin-biçinlə, heyvandarlıqla məşğul oluruq. Ancaq yenə də ürəyimiz o doğma yerlərdədi. İnanırıq ki, Sizin siyasətiniz sayəsində yenidən Qərbi Azərbaycana dönəcəyik.

Biz Qərbi azərbaycanlılara göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildirir və döğma yurda qayıdışımızı səbirsizliklə gözləyirik.

Tanrı Sizi və ailənizi qorusun.

Dərln hörmət və ehtiramla,

Bəyimsarov kəndində məskunlaşmış Qərbi azərbaycanlılar adından,

Hüseynov Təvəkkül,

İbrahimov Qəməddin,

Quliyeva Rahilə,

Mehdiyev Lütviyar,

Ellazov Xaliq

Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.