Səid Abduləliyevdən, Sumqayıt, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin komandanlığınız altında Azərbaycan Ordusunun Qarabağ torpaqlarının işğaldan azad olunması uğrunda göstərdiyi şücaət bu gün də dillər əzbəridir. Xalqımız uzun illərdən bəri dərin intizarla gözlədiyi Şanlı Qələbəyə ordumuzun qəhrəmanlığı, Sizin müdrik rəhbərliyiniz və yüksək komandanlığınız sayəsində nail olmuşdur.
Cənab Prezident, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğınız danılmazdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda sağlamlığım itirmiş qazi zabit olaraq, vaxtilə ipoteka kreditinin silinməsində mənə göstərilən köməyə, xoş münasibətə və hüquqlarımın təmin edilməsinə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Abduləliyev Səid, müharibə iştirakçısı, 2-ci qrup əlil.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.