Müraciətləri həll olunan kənd sakinlərindən, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident,
Əvvəla, rayonumuzun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildirir və respublikamızın daha da tərəqqisi və çiçəklənməsi naminə gördüyünüz işlərdə müvəffəqiyyətlər arzu edirik.
Cənab Prezident, yaşadığımız Bəyimsarov kəndinin yolları yaxşı vəziyyətdə deyildi. Yağışlı havalarda uşaqlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirdilər. Bununla əlaqədar Sizə müraciət etmişdik. Bu yaxın günlərdə kəndimizin yollarına qum-çınqıl töküldü, xüsusi texnikalar vasitəsi ilə hamarlandı, yararlı vəziyyətə gətirildi. Daha gediş-gəlişdə çətinlik çəkmirik.
Kənd sakinləri müraciətlərinə diqqətlə yanaşıldığına və məsələnin tez bir zamanda həll olunduğuna görə Sizə öz minnətdarlıqlarını bildirirlər. Bizə göstərilən qayğı işləmək, qurub yaratmaq həvəsimizi daha da artırır.
Var olun, cənab Prezident!
Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Məsmalıyeva Gülnaz, şəhid anası,
Vəliyeva Rəviyyə,
Həsənov Oktam,
Şabanlı Sahil
Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.