Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Tikintidə təhlükəsizliyə nəzarətin həyata keçirilməsi və bu nəzarətin hüquqi təminatı sahələrində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar mühəndis”
Sadiqov Fəxrəddin Xəlil oğlu
Zeynalov Lətif Məcid oğlu
“Əməkdar hüquqşünas”
Rzayeva Zenfira Süleyman qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2012-ci il.