Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini Kamil Əlibala oğlu Bağırova general-mayor ali hərbi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti Yusif Mahmud oğlu Nəbiyevə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2012-ci il.