04 mart 2025, 16:31

Həsən Abbasovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu teleqramı ünvanlamağımda əsas məqsədim Sizə olan ehtiramımı, bağlılığımı və məhəbbətimi çatdırmaqdır. Sizin gördüyünüz işlərin, yürütdüyünüz siyasətin müsbət nəticələri göz önündədir.

Dünya tarixinə nəzər saldıqda görürük ki, çox böyük dahilər və sərkərdələr olub. Lakin bizə görə Siz əvəzolunmaz Ali Baş Komandan və Prezidentsiniz.

Dünya xəritəsində kiçik bir ərazisi və müdrik xalqı olan Azərbaycan öz humanist əməlləri və uzaqgörənliyi ilə dünya xalqlarının gözündə ucalan İlham Əliyev kimi bir şəxsiyyət yetişdirib. Siz Azərbaycan xalqının daim şəfəq saçan günəşisiniz.

Qoy bütün dünya bilsin ki, Azərbaycan xalqı öz Prezidentinə dərin məhəbbət və ehtiram bəsləyir, daim onun dayağıdır. Yolunuz hər zaman açıq, qədəmləriniz mübarək olsun.

Hörmətlə,

Abbasov Həsən.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.