Namiq Mirzəyev və başqalarından, Sumqayıt, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Respublikamızın bütün bölgələrində aparılan tikinti-quruculuq və abadlıq işləri bizim Sumqayıt şəhərində də davamlı olaraq həyata keçirilir. Belə ki, küçələr asfaltlanır, səkilər çəkilir, gözəl sosial binalar tikilir, şəhər sakinlərinin istirahət yerinə çevrilən parklar salınır. Bütün bunlarla yanaşı, bəşəriyyət üçün böyük önəm daşıyan insanların sağlamlığı məsələsi də xüsusi diqqət mərkəzindədir. Sumqayıt şəhər səhiyyə ocaqlarında yaradılmış şərait, nizam-intizam, səliqə-sahman, vətəndaşlara göstərilən yüksək tibbi xidmət və qayğı şəhər əhalisinin böyük məmnunluğuna səbəb olmuşdur.
Cənab Prezident, şəhərimizin gözəlləşməsinə və inkişafına, ictimai-siyasi sabitliyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Uca Allah Sizi və Mehriban xanımı, bütün ailə üzvlərinizi qorusun. Amin
Hörmətlə,
Mirzəyev Namiq,
Əliyev Əsəd,
Miriyev Samiq,
Bağırov Zaur,
Mirzəyeva Xalidə.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.