Ağamalı Alıyevdən, Xocalı, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Sizə yazdığımız məktub müsbət cavablandırıldığına görə dərin təşəkkürümü bildirir, məmnunluğumu ifadə etmək istəyirəm.
Mən keçmiş məcburi köçkünəm, Xocalı şəhər sakiniyəm. Sizin sayənizdə mənim ailəmə mənzil verilmişdir, həmçinin dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunuram. Bu dərmanlar sayəsində həyatda yaşayıram.
Cənab Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Mənə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və ailənizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Ağamalı Alıyev,
Xocalı şəhər sakini, I qrup müharibə əlili.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.