Elbrus Hacıyevdən, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Bir Ağdam sakini olaraq, məktubu yazmaqda məqsədim dövlətimizin apardığı kadr islahatlarının uğurlu nəticələrini ifadə etmək və bu səbəbdən minnətdarlıq hissimi bildirməkdir.
Ağdam rayonu ərazisində aparılan abadlıq-quruculuq və bərpa işləri biz rayon sakinlərini ürəkdən sevindirir. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində görülən işlər, yol kənarının abadlaşdırılması, habelə ətraf kəndlərdə park və xiyabanların salınması, mütəmadi olaraq ölkəmizin müxtəlif yerlərində, eləcə də bizim rayonda vətəndaşların səyyar qəbullarının keçirilməsi vətəndaş məmnunluğuna rəvac verir. Bundan başqa, həssas təbəqədən olan insanlarla daimi əlaqənin qurulması insanların mənəvi rifahının yüksəlməsinə töhfə verir.
Çox hörmətli cənab Prezident, Sizin şəxsi diqqətinizlə Ağdamda həyata keçirilən bütün işlər məmnunluq doğurur. Bu məktubu yazmaqla Sizə təşəkkür etməyi özümə borc bildim.
Hörmətlə,
Hacıyev Elbrus.
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.