18 fevral 2025, 15:44

Rövşən Xəlilovdan, Ucar, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin təşəbbüsləriniz və sərəncamlarınız əsasında ölkəmizdə həyata keçirilən sosial proqramlar kənd zəhmətkeşlərinin də işinə yarayır, onların güzəranının yaxşılaşmasına yol açır. Bu gün ən ucqar kənd sakinləri belə dövlətimizin diqqətini, qayğısını hiss edir, gözdən uzaq olsalar da, könüldən iraq olmadıqlarını görürlər. Mən də, bir kəndli kimi, dövlətimizin yaratdığı imkanlardan istifadə etmək qərarına gəldim və hazırda bundan faydalanıram.

Maldarlıqla məşğul olmaq üçün mənə göstərilən dəyərli kömək və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu iş mənim üçün çox əhəmiyyətlidir və bu dəstək həyatımda mühüm bir mərhələnin başlanğıcıdır.

Sizə və mənə kömək göstərən bütün əməkdaşlara bir daha minnətdarlığımı bildirir, uğurlar arzulayıram.

Hörmətlə,

Xəlilov Rövşən.

Azərbaycan Respublikası, Ucar rayonu, Qazyan kəndi.