17 fevral 2025, 14:41

Kəmaləddin Məmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Hal-hazırda Azərbaycanın dinamik inkişafını, müstəqil siyasətini bütün dünya görür. Bu gün Azərbaycan Respublikası öz qüdrətli günlərini yaşayır. İstər siyasi, istər iqtisadi sahədə əldə etdiyimiz bütün uğurlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsində mümkün olmuşdur. Ölkəmizin beynəlxalq arenada mövqeyi gündən-günə güclənir. Azərbaycanın beynəlxalq aləmdə nüfiızunun və mövqeyinin daha da güclənməsi biz vətəndaşlarda böyük qürur hissi oyadır.

Cənab Prezident, Sizin 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışınız zamanı doğma Gəncəmiz haqqında dedikləriniz gəncəlilərə göstərdiyiniz diqqət və qayğının daha bir bariz nümunəsidir. Sizin tapşırıq və göstərişləriniz əsasında Gəncədə böyük abadlıq işlərinə start veriib. Buna görə sakinlər adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Var olun, cənab Prezident!

Hörmətlə,

Kəmaləddin Məmmədov

Azərbaycan Respublikası, Gəncə şəhəri.