13 fevral 2025, 10:07

Zenfira Baxışovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Seymur Baxışovun anasıyam. Respublikamızın hər bir guşəsi kimi gündən-günə inkişaf edən, gözəlləşən Sumqayıt şəhərində yaşayıram.

Bu məktubu yazmaqla bildirmək istəyirəm ki, bir şəhid ailəsi olaraq daim Sizin diqqət mərkəzinizdə olduğumu hiss edirəm. Çətinliklərimizlə əlaqədar müraciətlərimiz müsbət həll olunur, bizə daim kömək və dəstək göstərilir. Bu günlərdə istəyimiz nəzərə alınaraq, qızım işlə təmin olunmuşdur. Çox şadıq ki, bu dəfə də bizə biganə qalmadılar.

Bu cür qayğıkeş və diqqətli münasibətlə qarşılaşdığımız üçün Sizə minnətdarıq, cənab Prezident. Siz öz işlərinizlə, atdığınız addımlarla hər zaman digərlərinə örnək olursunuz. Bu diqqət, qayğı Sizdən, Sizin yürütdüyünüz siyasətdən qaynaqlanır.

Hörmətlə,

Zenfira Baxışova

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.