12 fevral 2025, 16:11

Polad Bülbüloğludan, Bakı, Azərbaycan

Əziz və sevimli Prezidentim.

Çoxillik fəaliyyətimi yüksək qiymətləndirərək məni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Siz mənə ölkəmizin ən yüksək ali mükafatlarından başqa, uşaqlıqdan əziz olan Şuşamı, ata ocağımı, “Xarı Bülbül” festivalını yenidən bağışlamısınız, güllələnmiş abidələri Şuşaya gətirib öz yerlərinə qaytarmısınız. Ömrümün sonuna qədər Sizə borcluyam. Minnətdarlığımı ifadə etmək üçün söz tapa bilmirəm.

Uca Allah atanıza və ananıza qəni-qəni rəhmət eləsin, qəbirləri nurla dolsun. Uca Allah Sizi həmişə qorusun, Sizə uzun ömür versin! Hər zaman yüksəklərdə olasınız!

Siz xalqımız, Vətənimiz və şəxsən mənim üçün əvəzedilməz bir insansınız.

Bir daha hər şey görə səmimi-qəlbdən gələn ən xoş arzularımı qəbul edin.

Dərin hörmət və ehtiramla,

Polad Bülbüloğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.