14 fevral 2025, 17:01
Nuranə Bayramovadan, Naftalan, Azərbaycan
Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı.
Vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulması, onların ailələrinə, övladlarına yüksək diqqət və qayğı göstərilməsi şəhid ailələrinin üzvləri üçün böyük təsəllidir, qürurdur.
Möhtərəm cənab Prezident, Sizə öz dərin ehtiramımızı və minnətdarlığımızı bildiririk. Biz şəhid ailələri Sizin müdrik siyasətinizi hər zaman dəstəkləyirik, Sizə Vətənimizin tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Bayramova Nuranə Murad qızı.
Azərbaycan Respublikası, Naftalan şəhəri.